Rusiyada son sutkada virusdan ölənlərin sayı açıqlandı 

14:51 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində daha 21 665 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Hafta.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 451 291 nəfərə çatıb.


Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 282 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.